“Ötən mövsüm tam bir fəlakət oldu”

“Bayern”in fəxri prezidenti və direktorlar şurasının üzvü Uli Höness klubun ötən mövsümü fəlakətlə başa vurduğunu xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi ötən mövsümün tam bir fəlakət olduğunu bildirib:

“Ötən mövsüm tam bir fəlakət oldu, biz orta komanda olduq, üçüncü yeri tutduq. Bu, yəqin ki, “Bayern”in başına gələ biləcək ən pis şeydir. Ondakı vəziyyəti indiki ilə müqayisə etmək olmaz. Bu mövsüm qazanmaq məcburiyyətində olduğumuz çempionluq titulunu təbii qəbul etməməliyik”.

Münhenlilər keçən mövsüm illər sonra ilk dəfə Bundesliqa çempionluğunu itirərək, mövsümü kuboksuz başa vurub. Yayda Tomas Tuxel baş məşqçi postunu tərk edib, onun yerini belçikalı mütəxəssis Vensan Kompani tutub.

“Bayern” hazırda Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Komanda mövsümün bitməsinə 5 tur qalmış “Bayer”dən 6 xal öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button