Mourinyo Sulşerə ilişdi: “Hər zaman işlədə biləcəyi “gələcək” sözü var”
“Mançester Yunayted” klubunun keçmiş baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş “Liverpul”la oyundan (1:1) sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşerlə bağlı danışıb:
“Sulşer “Liverpul”la oyundan əvvəl komandanın əhvalını yüksəltmək üçün çox gözəl reklam etdi. Mən də onun etdiyini sınayacam və hər zaman gələcəkdən danışaraq, yaxşı bir iş tapmağa çalışacam. Olenin vəziyyəti möhtəşəmdir, klubla üç illik müqaviləsi var. Üstəlik, əlində gənc futbolçular və hər zaman işlədə biləcəyi “gələcək” sözü var. Onun klubdakı mövqeyi əladır”.
“Liverpul”un müdafiəçisi Vircil van Dayk haqqında da danışan Mourinyo, bunları deyib:
“Van Daykın yanına başqa bir müdafiəçi qoyub, onunla müqayisə etmək Vircilə qarşı ədalətsizlik olar. Vacib olan bütün xüsusiyyətlər onda var. Van Daykın oyununda zəif cəhətlər tapmaq demək olar ki, mümkün deyil”.
Mourinyo keçən il dekabr ayında “Liverpul”a 1:3 hesabı ilə məğlub olduqdan sonra “Mançester Yunayted”dən istefaya göndərilmişdi.
Bizi Facebook-da izləyin