ÇL: “Bu, vacib qələbədir” – Maquayr

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Kopenhagen” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis futbolçu çoxlu əks-hücum etdiklərini və daha yaxşı oynadıqlarını söyləyib:

“İnanılmaz son! Daha diqqətli oynayıb ikinci qolu vurmalıydıq. Çoxlu əks-hücum etdik. İkinci hissədə onlara şans vermədik. Biz daha yaxşı oynadıq. Bu, vacib qələbədir”.

“Mançester Yunayted” 3 xalla A qrupunda 3-cü yerdədir. “Kopenhagen” 1 xalla turnir cədvəlində sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button