“Evdə dörd divar arasında qalmışam” – “Zirə”nin futbolçusu

“Zirə”nin legioneri Mfo Kqasvane açıqlama verib.

Komanda.az xəbər verir ki, “Voice Sport”a danışan yarımmüdafiəçi, koronavirus pandemiyası ilə bağlı fikirlərini bildirib:

“Günümü evdə keçirirəm, oyunlar oynayır, film izləyir, musiqi dinləyirəm. Ailəmlə və dostlarımla görüntülü əlaqə saxlaya bilirəm.

Azərbaycan dilini öyrənməyə çalışıram, amma bu, elə də asan deyil. Virusa görə çölə çıxanda, aidiyyatı qurumlara SMS göndərmək üçün tərcüməçidən istifadə edirəm. Evdə dörd divar arasında qalmışam. Keçən ayın ortalarında oyunlar dayandırıldı. Hazırda hərəkət məhdudiyyəti var, ölkədə 28 günlük karantin rejimi elan olunub. Küçəyə çıxa bilmirəm, şəhərdə polislə qarşılaşsam, məni cəzalandırarlar. Bu vəziyyətin nə qədər davam edəcəyini bilmirik. Xoşbəxtlikdən, binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu paltarımı geyinirəm və alış-verişə gedirəm”.

Futbolçu bildirib ki, ölkədə karantin elan olunmazdan əvvəl vətəni Botsvanaya qayıtmaq istəyib:

“Ölkəyə birbaşa reys yox idi. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalı idim. Özümü təhlükəyə ata bilməzdim. Ona görə də, Bakıdakı mənzilimdə izolyasiya olunmağa və burada qalmağa qərar verdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button