“Bu, utancverici qərardır” – Mourinyo
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin avrokuboklara iki illik qadağa cəzasının ləğv edilməsi ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən ləğv edilən qərarla bağlı bunları deyib:
“Bu, utancverici qərardır. Klubun səhvi yoxdursa, onda niyə ona 10 milyon avroluq pul cəzası verirsiz? Günahkar deyilsənsə, pul cəzası da olmamalıdır. Günahkardırlarsa, onda yarışdan kənarlaşdırılmalıdır. “Mançester Siti”nin günahkar olub-olmadığını bilmirəm, amma hər iki halda utancverici qərardır”.
Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” 30 milyon avro məbləğində cərimələnmişdi. CAS isə klubun avrokuboklar cəzasını ləğv edib və cəriməni 10 milyon avroya endirib.
Bizi Facebook-da izləyin