
“Bu turnirdə qazanılacaq qələbə uğursuz mövsümü düzəltməyəcək”
UEFA Avropa Liqasının finalında İngiltərə Premyer Liqasının iki təmsilçisi üz-üzə gələcək. “Mançester Yunayted” həlledici görüşdə “Tottenhem”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim matç öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Hamı bilir ki, bu turnirdə qazanılacaq qələbə uğursuz mövsümü düzəltməyəcək. Ancaq bu cür uğur gələcək üçün ümid verə bilər ki, hər şeyi dəyişək”.
Final qarşılaşması bu gün İspaniyanın Bilbao şəhərində yerləşən stadionda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



