
“Real”ın prezidenti FİFA-ya təşəkkür etdi
“Real”ın prezidenti Florentino Peres ABŞ-da keçirilən yeni formatlı Klublararası dünya çempionatına dəstəyini ifadə edib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri bu turnirin dünya futbolunun inkişafında mühüm mərhələ olduğunu və milyonlarla azarkeşə müasir dövrün ən güclü klublarını izləmək imkanı yaratdığını bildirib:
“FİFA-ya təşəkkürümü bildirirəm ki, dünyanın ən yaxşı klublarının belə əhəmiyyətli yarışda iştirakını mümkün etdilər. Bu, bu formatda keçirilən ilk Klublararası dünya çempionatıdır və əminəm ki, böyük uğur qazanacaq”.
Peres həmçinin vurğulayıb ki, o, bu miqyasda bir turnirin yaradılmasının tərəfdarı olub və bu ideyanın gerçəyə çevrilməsindən məmnundur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin