“Bu titulu qazandığımız üçün xoşbəxtik, amma…” – Zidan
İspaniya superkubokunun finalında “Atletiko”ya penaltilər seriyasında qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, 0:0 (penaltilər 4:1) hesabı ilə başa çatan oyundan sonra bunları deyib:
“Bura kubok qazanmaq üçün gəlmişdik, ağır həftə keçirdik və fantastik final oyunu yaşadıq. “Atletiko” çox yaxşı oyun göstərdi. Meydanda iki fantastik komandanın əla oyununa şahidlik etdik.
Hər iki komandanın qalib gəlmək şansı var idi. Oyun ərzində çox çətinlik yaşadıq, amma son ana qədər qalib gələcəyimizə inanırdıq. Bütün futbolçularımızı, hətta meydanda olmayanları da təbrik etməliyik. Bu titulu qazandığımız üçün xoşbəxtik, amma mövsüm uzundur. Qarşıda çoxlu oyunlar var”.
Bizi Facebook-da izləyin