“Bu təyinat İtaliya futbolunun vacibliyinin göstəricisi olacaq” – Mançini

Səudiyyə Ərəbistanı milli komandasının yeni baş məşqçisi Roberto Mançini təyinatı ilə bağlı fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əməyinin qiymətləndirildiyini söyləyib:

“Hər zaman mənim üçün doğma olan milli komandanın, gənc istedadların, həm də yeni nəslin inkişafına istiqamətlənmiş layihənin məsuliyyətinə üzərimə götürmüşəm.

Bu təyinat İtaliya futbolunun vacibliyinin göstəricisi olacaq. Qürur hissi ilə ölkəmin mədəniyyətini dünyaya yayacam.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası məni yığmanın baş məşqçisi kimi mötəbər vəzifəyə təyin edərkən illər ərzində gördüyüm əməyi qiymətləndirdi”.

İtaliyalı çalışdırıcının təyinatı avqustun 27-də ictimaiyyətə açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button