
Qvardiola: “Fodenin anasını təhqir edənlərin beynində nə olduğunu bilmirəm”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in azarkeşlərinin yarımmüdafiəçi Fil Fodenin anasına ünvanladığı təhqirlər haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu, təhsil çatışmazlığıdır. Lakin bu, “Mançester Yunayted”i deyil, azarkeşləri narahat edir. Onlar layiqli və kifayət qədər savadlı deyillər, utanmalıdırlar. Amma bu, təkcə Britaniyada deyil, hər yerdə olur.
Biz – məşqçilər, klub sahibləri və xüsusən də oyunçular – dünya futbolunun vitrinindən olan insanlar o qədər müdafiəsizik ki… Düzünü desəm, Fodenin anasını təhqir edənlərin beynində nə olduğunu bilmirəm və başa düşmürəm”.
Hadisə Premyer Liqada, “Mançester Yunayted” – “Mançester Siti” derbisi (0:0) zamanı baş verib.
Bizi Facebook-da izləyin