“Barselona”nın qapıçısı ilk “el klasiko”sundan danışdı

“Barselona”nın qapıçısı Voyçex Şesnı iştirak etdiyi ilk “el klasiko” ilə bağlı xatirələrini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı qolkiper həmin matçda əsəbi olmadığını deyib:

“Bu, təəccüblü görünə bilər, amma əsəbi deyildim. Belə bir matçda, xüsusən də, finalda bir qədər stress gözləyərdiz… Amma başa düşdüm ki, stress kömək etmir, ona görə də, daha çox diqqətimi cəmləmişdim”.

34 yaşlı oyunçu 2025-ci ilin əvvəlində baş tutan İspaniya superkubokunun final oyunundan danışır. Həmin oyunda “Barselona” “Real”ı 5:2 hesabı ilə məğlub edib. Kataloniyalıların heyətində Lamin Yamal, Robert Levandovski, Alexandro Balde və Rafinya Dias (iki qol) fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button