![](https://komanda.az/wp-content/uploads/2025/02/IMG_20250207_150437-620x470.jpg)
“Bu sözləşmənin “Neftçi” üçün uğurlu olacağına inanırıq”
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə çıxış edib.
Komanda.az xəbər verir ki, klub rəsmisi sponsorluq müqaviləsi ilə maliyyə dayanıqlığının daha da yaxşılaşacağını bildirib:
“Neftçi” üçün önəmli gündür. Bu sözləşmənin klub üçün uğurlu olacağına inanırıq. Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. Hər iki tərəf üçün xeyirli olsun. “Neftçi” Futbol Mərkəzindəki işləri tez bir zamanda yekunlaşdırmaq istəyirik. Bütün futbolçularımızın yaxşı şəraitdə çalışması üçün əlimizdən gələni edəcəyik”.
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün beş illik sponsorluq müqaviləsi imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin