“Bu, sonu olmayan bir bayramdır” – keçmiş futbolçu

Argentina millisinin keçmiş futbolçusu Pablo Zabaleta Cənubi Amerika təmsilçisinin DÇ-2022-də Fransanı məğlub etməsi (3:3, penaltilər – 4:2) barədə danışıb.

Komanda.az “BBC One”-a istinadən xəbər verir ki, o, baş məşqçi Lionel Skaloni haqda fikir bildirib:

“Bu, sonu olmayan bir bayramdır. Bütün ölkə bu anı gözləyirdi. Baş məşqçi Paulo Dibalaya penalti zərbəsində inanaraq, cəsarətli qərar verdi. Skaloni Amerika kubokunu və DÇ-2022-ni qazana bildi. Möhtəşəm!”

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button