“Bu situasiya Çernobıl hadisələrinə bənzəyir” – Şevçenko

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, pandemiyanın yaratdığı vəziyyətin Çernobıl hadisələrinə bənzədiyini bildirib:

“Vəziyyətim yaxşıdır, təxminən 10 gündür ki, evdən çıxmıram. Bu vəziyyətin öhdəsindən gəlməyin yeganə yolu dövlətin qoyduğu qaydalara əməl etmək və evdə qalmaqdır. Bununla, həkimlərin gördüyü vacib işlərə kömək etmiş olarıq. Heç birimiz xəstə insanla təmasda olmadığımıza əmin ola bilmərik. Təkcə özümüzü düşünməməliyik, evdən çıxmamalıyıq.

Buna oxşar vəziyyət yaşamışam. Bu situasiya Çernobıl hadisələrinə bənzəyir. Həmin vaxt mənim 9 yaşım vardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button