
“Bu, titullarla dolu gözəl bir mövsüm olacaq” – “Barselona”nın qapıçısı
“Barselona”nın yeni qapıçısı Xuan Qarsiya cari mövsümlə bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı qolkiper gözəl mövsüm olacağına ümid edir:
“Bu, sevinc və titullarla dolu gözəl bir mövsüm olacaq. Biz buna ümid edirik. Amma hər halda, nəticələr əldə etmək üçün çalışacağıq və onlar mütləq gələcəklər”.
“Barselona” 2024/25 mövsümündə üç kubok qazanaraq, İspaniya çempionu, ölkə kubokunun və superkubokunun qalibi olub. Kataloniya klubu hazırda üç turdan sonra 7 xal toplayaraq, La Liqanın turnir cədvəlində dördüncü yerdədir. Komanda sentyabrın 14-də “Valensiya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


