“Bizə inananların sayı çox az idi” – “Napoli”nin hücumçusu
”Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya A Seriyasının 33-cü turunun “Udineze” ilə oyunundan sonra (1:1) çempionluğu şərh edib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, bunu heyrətamiz duyğu adlandırıb:
“Şokdayam, heyrətamiz duyğudur. Bu anı illərdir ki, gözləyirdik. Bu sevinc ömrümün sonuna qədər qəlbimdə olacaq. İtaliya çempionluğunu azarkeşlərimizə bəxş etdiyimiz üçün xoşbəxtik. Çempionluğu artıq öz stadionumuzda bayram edə bilərik.
Mövsümün əvvəlində autsayder idik. Bizə inananların sayı çox az idi. Komandada olan futbolçular isə çempionluğa öncədən inanırdı. Çünki biz böyük kollektivik. Arzumuzu reallaşdıra bildik”.
Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.
Bizi Facebook-da izləyin