Keyn: “Bu, sehrli bir məqamdır”
İngiltərə milli komandasının hücumçusu Harri Keyn AÇ-2024-ün seçmə mərhələsinin İtaliya ilə oyununu (2:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, penalti epizodundan danışıb və verilən qərarın düzgün olduğunu bildirib:
“İngiltərə yığmasının formasını geyindiyimiz və seçmə mərhələyə qələbə ilə başladığımız üçün çox şadıq. Təbii ki, həmin an verilən penalti qərarı çox düzgün idi. Top tora qovuşan kimi məndə çoxlu emosiyalar yarandı. Bu, sehrli bir məqamdır.
Milli komandada ən çox qol vuran futbolçu rekorduna çatmağımda mənə kömək edən hər kəsə təşəkkür edirəm. Əla gecə idi. Uzun müddət idi ki, İtaliyanı səfərdə məğlub edə bilmirdik. Qalib gəlmək, eyni zamanda, qol vurmaq əladır”.
“Tottenhem”in futbolçusu AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığması ilə oyunda fərqlənməklə, millidə vurduğu qolların sayını 54-ə çatdırıb və ən yaxşı bombardirə çevrilib.
Bundan əvvəlki rekord Ueyn Runiyə məxsus idi – 53 qol.
İngiltərə yığması hazırda AÇ-2024-ün C qrupunda üç xalla ikinci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin