Keçmiş futbolçu Cənubi Koreya millisi haqda: “Bu, son dərəcə sadəlövhlük idi”
“Liverpul”un keçmiş futbolçusu Qrem Suness Cənubi Koreya yığmasının DÇ-2022-nin 1/8 finalında Braziliyaya məğlubiyyətini (1:4) şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 69 yaşlı şotlandiyalı mütəxəssis Cənubi Koreya yığması barədə fikirlərini bildirib:
“Bu oyunu izləyənlər nəticənin tamamilə fərqli olacağına ümid edirdi. İlk dəqiqədən cənubi koreyalılar Braziliyanın öhdəsindən gələ biləcəklərini düşünürdülər. Bu, son dərəcə sadəlövhlük idi”.
Braziliya millisi 1/4 finalda Xorvatiya yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin