Flik “Real”la oyundan danışdı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”la yoxlama oyunu haqda danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, alman məşqçi qarşılaşmanı bəyəndiyini bildirib:
“Real”la matç həmişə əla keçir. “Mançester Siti” ilə görüşdən daha yaxşı oynadıq. Futbolçuların necə davranmaları, topa nəzarət etmələri xoşuma gəldi. Böyük təcrübə oldu. Amma bu, sadəcə, mövsüm başlamazdan əvvəl məşqdir”.
Kataloniya klubu bu görüşdə 2:1 hesabı ilə qalib gəlib.
“Barselona” İspaniya çempionatının son mövsümünü ikinci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin