“Barselona”nın prezidenti: “Bu, biabırçılıqdır”
“Barselona”nın prezidenti Xuan Laporta Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Ayntraxt”ın “Kamp Nou”ya çoxlu azarkeşlə gəlməsinə görə narazılıq edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu hadisəni biabırçılıq adlandırıb:
“Bu, təkrarlanması mümkün olmayan biabırçılıqdır. Baş verənlərlə bağlı məlumatımız var. Bu, hədsiz pisdir və utancvericidir. Bundan sonra daha sərt olmalıyıq. Alınan məlumatları təhlil etdikdən sonra tədbir görəcəyik. “Barselona” azarkeşi kimi gördüklərimdən utanıram. Digər komandanın çoxlu azarkeşlərini gördüm və baş verənlərə görə çox təəssüflənirəm. Mən utandım. Bu, baş verməməli olan bir vəziyyət idi.
“Barselona” – “Ayntraxt”a 2:3 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin