
“Bu şəhəri və bu klubu sevirəm”
“Leyptsiq”in yarımmüdafiəçisi Emil Forsberq Almaniya klubundan ayrılmaq fikrində olmadığını bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, isveçli futbolçu klubda özünü rahat hiss etdiyini deyib:
“Özümü “Leyptsiq”də rahat hiss edirəm. Bu şəhəri və bu klubu sevirəm”.
Forsberq bu mövsüm Bundesliqada 6 matç keçirib, 1 qol vurub və 1 ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin