A Seriyasının prezidenti yeni anlaşmanı “böyük və tarixi” adlandırdı

İtaliya A Seriyasının prezidenti Ezio Simonelli futbolçuların B Seriyasına düşəcəyi təqdirdə, maaşlarının azaldılması ilə bağlı razılaşmadan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu razılaşmanın böyük addım olduğunu söyləyib:

“Bu razılaşma futbolumuzun bütün sistemi üçün böyük addımdır. Bu, həm məzmununa, həm də əldə olunma yoluna görə tarixidir. Bu nəticə təsdiqləyir ki, A Seriyası ilə İtaliya Futbolçular Assosiasiyası arasında institusional dialoq və əməkdaşlıq müasir futbolun çağırışları ilə zəka və uzaqgörənliklə üzləşmək üçün əsas vasitələrdir. Məqsədimiz bütün hərəkatın qorunması, inkişafı üçün klubların və oyunçuların maraqlarının ortaq şəkildə həll olunduğu daha güclü, daha ədalətli və daha davamlı sistemə töhfə verməkdir”.

Daha əvvəl İtaliya Futbolçular Assosiasiyası və A Seriyası 5 illik müqavilə imzalayıb ki, bu müqaviləyə əsasən, A Seriyasından B Seriyasına düşəcəyi təqdirdə, oyunçuların maaşları avtomatik olaraq 25 faiz azalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button