“Bu hiss rahatlıq və xoşbəxtliyin qarışığı kimidir” – Pele
Keçmiş futbolçu Pele Braziliya millisinin DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyaya qalib gəlməsi (4:1) barədə fikirlərini bildirib.
Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, “sambaçılar”ın qələbəsini aşağıdakı sözlərlə ifadə edib:
“Bu hiss rahatlıq və xoşbəxtliyin qarışığı kimidir. Onlar mənim günümün xoşbəxt sonluqla bitməsinə səbəb oldular”.
Pele noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin