“Bu qələbə həm mental, həm də xal baxımından çox dəyərlidir”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox önəmli qələbə idi. Son matçlarda pis oyun sərgilməsək də, nəticə qazana bilmirdik. Buna görə də son dəqiqələrdə qalib gəlmək həm xal, həm də mental baxımdan çox dəyərlidir.

Ağır zədə alan Elvin Camalovun durumu o qədər də yaxşı deyil. Beyni silkələnib və qaşı açılıb. Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün bizə əlavə müayinələr və vaxt lazımdır.

Ukraynalı futbolçumuz Zurab Oçiqavanın ölkəsindəki müharibəyə baxmayaraq, psixoloji vəziyyəti yerindədir. Bundan əvvəlki oyunu buraxmışdı. Çətinliklə adaptasiya olurdu. Hazırda valideynləri yaxşıdır. Bu gün bizim üçün vacib qol vurdu.

Bu gün “ASK Arena”da sonuncu ev oyununu keçirən və Şamaxıya köçməyə hazırlaşan “Keşlə”ni də təbrik edirəm, uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button