“Bu, Qvardiolanın ən çox qorxacağı şeydir”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Mançester Siti” cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Nevill bu oyunu ağır çəkili boksçuların görüşünə bənzədib:

“Bu, həftənin ortasında “Mançester Siti” üçün dəhşətli oyundur. “Real” və “Mançester Siti” qarşılaşması böyük bir hadisədir. Komandalar artıq ötən həftə üz-üzə gəliblər, lakin cavab qarşılaşması əsrin ağır çəkililərinin boks görüşüdür.

“Real” bu mövsüm bir neçə geridönüş edib. Məncə, bu, Pep Qvardiolanın ən çox qorxacağı şeydir. “Mançester Siti” nə qədər yaxşı oynasa da, təslim olmağın nə olduğunu bilməyən təhlükəli “heyvan”la qarşılaşacaq. “Mançester Siti”nin futbolçuları həyatlarının oyununu “Santyaqo Bernabeu”da keçirməlidir”.

Bu gün keçiriləcək “Real” – “Mançester Siti” matçı saat 23:00-da başlayacaq. İlk oyunda İngiltərə təmsilçisi 4:3 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button