“Bu qondarma fanatlara və sosial şəbəkədəki şərhlərə dözmək olmaz” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn Almaniya superkuboku uğrunda “Leyptsiq”lə oyundan (0:3) sonra sosial şəbəkədə irqçi təhqirlərin qurbanı olan komanda yoldaşı Matis Teli dəstəkləyib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli hücumçu, komanda yoldaşları ilə birlikdə Teli dəstəklədiklərini bildirib:

“Telə qarşı irqçi söyüşlər? Bu, qəbuledilməzdir. Matisin cəmi 18 yaşı var. “Leyptsiq”lə qarşılaşmada onu parlaq gələcək gözlədiyini göstərdi. O, böyük istedaddır. Bu qondarma fanatlara və sosial şəbəkədəki şərhlərə dözmək olmaz.

Biz hamımız Matisi dəstəkləyirik. Komanda yoldaşlarım və mən həmişə onunla hissləri barədə danışmağa hazırıq. Bir daha deyirəm, bu, qəbuledilməzdir!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button