“Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Zirə”yə 0:1 hesablıyla məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar. Rəqibi təbrik edirəm.
- Rəhbərlik oyundan əvvəl komanda ilə görüşmüşdü? Ümumiyyətlə, komandaya mərhələni keçəcəyi təqdirdə mükafat vəd olunmuşdu?
- Heç bir görüş olmamışdı. Mükafat haqqında isə danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq.
- Mətbuatda Koçuk və Rıbkanın gedəcəyi ilə bağlı xəbərlər yayılıb.
- Rəsmi bir şey yoxdur. Özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər.
- Oyunun sonlarında tora daxil olan, amma sayılmayan qol epizodunuz vardı.
- Məncə, o təmiz qol idi. Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin