“Bu qış “Barselona”dan ayrılmağı düşünürdüm”

İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç Kataloniya klubundakı vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə yollarını ayıracağı deyilən 31 yaşlı futbolçu, bunları deyib:

“Bu qış “Barselona”dan ayrılmağı düşünürdüm. Keçmiş baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında öz oyunumu göstərə bilmirdim. Valverde və köməkçiləri mənə qarşı yaxşı münasibət göstərmədilər. Bu, çətin bir dövr idi, amma artıq hər şey keçmişdə qaldı. Burda sevmədiyim xüsusiyyətlərin olduğunu əminliklə deyə bilərəm”.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan xorvatiyalı futbolçu, cari mövsümdə bütün turnirlər daxil olmaqla 24 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button