
Sabiq futbolçu “Liverpul” haqda: “Bu məğlubiyyətdən dərs çıxaracaqlar”
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Liverpul”un PSJ-yə qarşı oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu “Liverpul”un bütün mövsümü fantastik keçirdiyini deyib:
“Liverpul” bütün mövsümü fantastik keçirdi. Rəqib çox güclü PSJ idi və bu qarşıdurmada hər şey başqa cür də ola bilərdi. Futbolçular bu məğlubiyyətdən dərs çıxaracaqlar”.
“Qırmızılar” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin Parisdə keçirilən ilk oyununda 1:0 hesabı ilə qalib gəlib. “Enfild”də baş tutan cavab matçında isə PSJ əsas və əlavə vaxtdan sonra eyni hesabla rəqibini məğlub edib. Arne Slotun komandası parislilərə penaltilər seriyasında məğlub olaraq (1:4), mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin



