“Bu, Qətərlə oyunda bizə müəyyən çətinliklər yarada bilər”
Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşmadan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın formasını geyinən qolkiper bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin bir komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktii cəhətdən yaxşı komandadır. Xeyli müddətdir eyni məşqçinin rəhbərliyi altında çıxış edirlər. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslübü haqda az informasiyaya malikik. Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.
Bizi Facebook-da izləyin