“Bu qərarın Messinin özünə fayda verməsini istəyirik” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, klub rəhbəri Messini çox sevdiklərini bildirib:

“O, dünyanın ən yaxşı oyunçusudur, lakin insan olaraq daha da yaxşıdır. Messi bütün zamanların ən yaxşısıdır. Biz onu sevirik. O, “İnter Mayami”yə keçmək qərarına gəldi. Və təbii ki, bu qərarın Messinin özünə fayda verməsini istəyirik. Biz şübhəsiz ki, onun qərarına hörmətlə yanaşırıq. Messiyə və ailəsinə “İnter Mayami”də ən yaxşısını arzulayırıq”.

Messi uzun illər “Barselona”da forma geyinib. O, “İnter Mayami”dən əvvəl PSJ-də çıxış etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button