“Bu qərarı ürəyimlə verdim” – “Tottenhem”in yeni futbolçusu
Rumıniyalı müdafiəçi Radu Draquşin “Cenoa”dan “Tottenhem”ə keçidini şərh edib.
Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında karyerasında irəliyə doğru yaxşı addım atdığını deyib:
“Tottenhem”in mənimlə maraqlandığını biləndə ciddi düşündüm. Düşünürəm ki, karyeramda yaxşı bir addım atmışam. Bu qərarı ürəyimlə verdim. Mən həqiqətən, hamını daha yaxından tanımaq və oynamağa başlamaq fürsətini səbirsizliklə gözləyirəm”.
Rumıniya millisinin üzvü ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb. 21 yaşlı futbolçu Premyer Liqa təmsilçisində 6 nömrəli formanı geyinəcək. Bu transferə görə İtaliya klubuna 30 milyon avro ödənilib.
“Tottenhem” bugünlərdə mərkəz müdafiəçisi Erik Dayeri “Bayern”ə satıb. Radu məhz onun yerinə heyətə cəlb edilib.
Bizi Facebook-da izləyin