“Bu qələbəni şəxsən mən onlara həsr edirəm” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 2-ci turundan təxirə salınmış oyunda “Sabah”a qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların da payı var. Heç vaxt bizi dəstəksiz qoymurlar. Bu gün qazandığımız qələbəni də şəxsən mən azarkeşlərimizə həsr edirəm. Onlara halaldır. Oyunla bağlı fikirlərə gəldikdə isə, ötən oyunu analiz etmişdik. Matç bitən kimi oyunçular həddindən artıq qəzəbli idilər. Düşünürdüm ki, 1-2 saat sonra oynasaydıq, udardıq. Futbolçular məğlubiyyətə görə çox məyus olmuşdu. Təhlillər apardıq. Ötən il qollar vurmurduq, bu il vururuq. Keçən il bu cür komandalarla matçlarda əziyyət çəkirdik. İndi qələbə qazandıq. Buna görə də şadıq. Bu oyun bizim üçün dərs olmalıdır. Qoldan sonra arxaya çəkilirik. Bunu aradan qaldıra bilsək, yaxşı olacaq. Getdikcə, 60-70 dəqiqə tempi saxlaya bilirik. Daha da yaxşı olacağımıza inanıram. Qazandığımız 14 xal birinci dövrəyə görə bacaracağımız yaxşı şeydir. Bizim kimi komandaya görə müsbət haldır. Daha da artıra bilsək, möhkəm komandaya çevrilə biləcəyik”.
Bizi Facebook-da izləyin