Bu qələbə “Sabah”ın tarixinə yazıldı

“Sabah” komandası tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tarixi qələbə “Sumqayıt”la Azərbaycan Premyer Liqasının 18-ci tur oyununa təsadüf edib.

Paytaxt təmsilçisi səfərdə rəqibin qapısından 6 cavabsız top keçirib. Onlar öncədən bir neçə dəfə 5:0 hesablı qələbəyə sevinsə də, ilk dəfə bir matçda 6 qol vura biliblər.

“Sumqayıt”a qarşı matçda Emmanuel Apeh, Aleksey Kaşuk, Coy Lens Mikels, Elvin Camalov, Anatoli Nuriyev və Davit Volkov fərqləniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button