“Daim topa toxunanda özümü rahat hiss edirəm” – de Yonq

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının La Liqanın 10-cu turu çərçivəsində “Vilyarreal” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, bu qələbəyə ehtiyacları olduğunu deyib:

“Son həftələrdə qazandığımız pis nəticələrdən sonra qələbəyə ehtiyacımız var idi. Bu, komandadakı atmosfer üçün çox vacibdir.

Hansı mövqedə oynamağım mənim üçün fərq vermir. Oyunda fəal iştirak edəndə və bu oyunda olduğu kimi, daim topa toxunanda özümü rahat hiss edirəm”.

La Liqada 10 turdan sonra “Vilyarreal” 15 xalla 9-cu pillədə qərarlaşıb. “Barselona” isə 25 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button