“Bu qədər problem olduğu halda Messini transfer etməyin mənası nədir?” – “Neftçi”nin keçmiş futbolçusu

“Mançester Siti”nin keçmiş futbolçusu Emil Mpenza “Barselona”nın hücumçusu Lionel Messinin kluba mümkün transferi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı keçmiş futbolçu, “şəhərlilər”in Messiyə ehtiyacı olmadığını bildirib:

“Düşünürəm ki, Pep Qvardiolanın Messi kimi birinə ehtiyacı yoxdur. Onun müdafiə ilə bağlı problemləri var, əvvəlcə müdafiə ilə məşğul olmalıdır. Vinsent Kompaninin gedişindən sonra müdafiə xəttində böyük bir boşluq yaranıb. Bu qədər problem olduğu halda Messini transfer etməyin mənası nədir? Onun mövqeyində kifayət qədər futbolçu var. Messini transfer etsələr, komandada problem yaranacaq”.

Mpenza 2010-2012-ci illərdə Bakının “Neftçi” klubunda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button