“Bu oyunun mahiyyətini başa düşdük və 3 xal qazandıq”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Bizim üçün önəmli oyun idi. Çempionatda taleyimizi həll edə bilərdik. Əsas rəqibimiz də xal itirmişdi. Ağır kubok oyunundan sonra komandanı kökləmək çətin oldu. Ancaq çox sağ olsunlar. Bu oyunun mahiyyətini başa düşdük və 3 xalı qazandıq.
- Qarşıdakı “Qəbələ” ilə oyunda ehtiyat heyətə güvənəcəksiz, yoxsa əsas heyətlə çıxacaqsız?
- İtkilərimiz var. Peyman Babayinin yüngül zədəsi var. Mehdi Cənnətov da sarı vərəqə limitinə görə olmayacaq. Baxacağıq, çalışacağıq ki, balansı qoruyaq. Əsas gücümüzü kubok oyununa verəcəyik.
- Naxçıvanın iqlimi başqadı. 2 gün əvvəldən gedəcəksiz. Sizcə, bu vaxt az deyilmi?
- Fikirləşirəm ki, böyük problem olmayacaq. Rəqib də bizimlə eyni vaxtda gedəcək. Hər cür hava şəraitində oynamalıyıq. Bizi çətin oyun gözləyir.
- Mövsümün sonuna yaxın komandada canlanma var. Bunu nə ilə əlaqələndirərsiz?
- Nəticə baxımından son oyunlar yaxşıdı. Əvvəl məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik. Bəzi futbolçuların uyğunlaşması bu nəticələrə gətirib çıxarır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin