“Bu oyunun keçirilməməsi lazım idi” – Zidan
İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Osasuna” ilə 0:0 hesablı heç-heçə edən “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, əlverişsiz hava şəraiti səbəbiylə oyunun keçirilməməli olduğunu bildirib:
“Bu, adi futbol oyunu deyildi. Şərtlər çox çətin idi. Əlimizdən gələni etdik. Bu oyunun keçirilməməsi lazım idi. Bunlar bəhanə deyil. Hər kəs futbol oyunu izləmək istəyir və bunun üçün lazım olan şərait yaradılmalıdır. İndi Madridə nə vaxt qayıdacağımızı belə, bilmirik. Özümüzü toplayıb, növbəti oyunu düşünməliyik”.
İspaniyada davam edən əlverişsiz hava şəraiti ilə bağlı bu oyunun təxirə salınacağı deyilsə də, görüş baş tutdu. Madrid klubu səfərə yollanarkən eyni səbəblə problemlə üzləşmiş və 4 saata yaxın təyyarədə qalmışdı.
Bizi Facebook-da izləyin