“Bu oyunu səbirsizliklə gözləyirəm” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Yuventus”la qarşılaşacaqları matçdan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan argentinalı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Bu oyunu səbirsizliklə gözləyirəm. “Yuventus” kimi güclü rəqiblərə qarşı oynamaq qürurvericidir. Növbəti mərhələyə yüksəlmək üçün komanda olaraq daha yaxşı oyun sərgiləyib, özümüzü inkişaf etdirməliyik.

“Yuventus”la sadəcə 1/8 final mərhələsinin oyununa çıxacağıq. Buna erkən final deməzdim. Növbəti tura yüksələn komanda kuboku qazanacaq deyə, bir şey yoxdur.

“Yuventus” ustalıq səviyyəsi yüksək olan futbolçulardan ibarət və illərdir bir məşqçiylə çalışan komandandır. Biz də öz səviyyəmizi göstərməyə çalışacağıq.

Kriştiano Ronaldonu transfer etmək, “Yuventus”un heyətini gücləndirmək adına yaxşı addım idi”.

“Atletiko” – “Yuventus” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button