“Bu oyunu evdə izləyərək həzz ala bilərdiz” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 36-cı turunun “Espanyol”la matçından sonra (3:3) açıqlama verib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, 6 qolun vurulduğu qarşılaşmada rəqibin təslim olmadığını deyib:
“Neytral azarkeşlər üçün əla oyun oldu. Bu oyunu evdə izləyərək həzz ala bilərdiz. Rəqib təslim olmadı. Onların belə oynayacağını bilirdik.
Hesabda 3:0 öndə idik. Birinci qolu buraxdıqdan sonra matçın nəticəsini müəyyənləşdirmək üçün iki qol şansımız oldu. “Espanyol”la oyunda qeydə alınan heç-heçə ədalətli nəticədir”.
“Hindular” hazırda İspaniya çempionatının turnir cədvəlində 73 xalla üçüncü, “Espanyol” isə 35 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin