“Bu oyunlara ancaq qələbə üçün çıxmalıyıq” – Monteneqro millisinin üzvü
Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqibi olan Monteneqro yığmasının futbolçusu Aleksandar Bolyeviç açıqlama verib.
Komanda.az “sportklub.rs”ya istinadən xəbər verir ki, futbolçu, turnirdə Kiprlə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:
“On aydır birlikdə deyilik, hər birimiz millinin formasıyla oyuna çıxmaq istəyirik. Özümüzə inam yaratmaq lazımdır, əlimizdən gələnin ən yaxşısını etməyə borcluyuq. Yığma bizə çox şey qazandırdı, bəzilərimizin transferinə kömək etdi. İndi millinin bizə verdiyini geri qaytarmalıyıq. Əminəm ki, hər birimiz maksimumu edəcəyik. Kipr, Lüksemburq və Azərbaycanla qarşılaşacağıq. Bu oyunlara ancaq qələbə üçün çıxmalıyıq. Kiprdə qələbə qazanmaq çox vacibdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin