“Bu oyunla qardaşlığımızın daha bir nümunəsini göstərdik” – “Qalatasaray”ın prezidenti
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda “Qarabağ”la keçirdikləri xeyriyyə oyunu barədə danışıb.
Komanda.az xəbər verir ki, o, Azərbaycanda böyük diqqət gördüklərini bildirib:
“Ötən həftə sonu Bakıda dostluq oyunu keçirdik. Bu matçla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik. Buradan azərbaycanlı qardaşlarıma, dövlət başçısı İlham Əliyevə və “Qarabağ”ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar”.
“Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin