“Bu oyunda heç bir komanda qələbəyə layiq deyildi” – Ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen İspaniya La Liqasının 30-cu turunda “Sevilya” ilə 0:0 hesablı heç-heçəyə razılaşdıqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, alman qapıçı, qələbəyə layiq olmadıqlarını bildirib:

“İki xal itirdik və indi növbəti oyunda 3 xal qazanmağa köklənməliyik. Hər iki komanda çox yaxşı iş gördü, bərabərlik yaxşı nəticədir. Bu oyunda heç bir komanda qələbəyə layiq deyildi.

Artıq komandamıza köklənməli və nikbin olmalıyıq. Oyunumuzu yaxşılaşdırmaq istəyirik. Bu oyunda göstərdiyimiz mübarizəni qorumalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button