“Bu oyunda hər şey mümkündür” – Kuman
Hollandiya milli komandasının baş məşqçisi Ronald Kuman Millətlər Liqasının finalında Portuqaliya ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan Kuman, həlledici görüşlə bağlı bunları deyib:
“Xatırlayırsızsa, biz qrupda Almaniya və Fransa ilə birlikdəydik. Bizim qrupdan çıxacağımızı heç kim gözləmirdi. İndi isə finaldayıq. Finalda oynamaq əyləncəlidir. Portuqaliya yığması yaxşı müdafiə olunmağı bacarır. Yaxşı oyun göstərib, qol imkanları yaratmalıyıq. Bu finaldır, bu oyunda hər şey mümkündür”.
Portuqaliya – Hollandiya matçı bu gün, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin