Klopp: “Bu oyun mütləq tarixə düşəcək”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 26-cı turunun “Mançester Yunayted”lə oyununu (7:0) dəyərləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, rəqibin əla formada olduğunu bildirib:

“Bu, inanılmazdır. Oyunun lap əvvəlində görüş daha canlı keçdi. Bizə də lazım olan bu idi. Əla formada olan rəqibə qarşı yüksək səviyyəli oyun nümayiş etdirdik. “Mançester Yunayted” cari mövsümdə super oynayır. Bu fikri bizim barədə söyləmək olmaz. Bu gün isə biz daha yaxşı idik və vacib üç xal qazandıq.

Qarşıda çox tur var. Xallar qazanmalıyıq. Bu gün mükəmməl idik. “Liverpul” nəyə qadir olduğunu və nə etməli olduğunu göstərdi. Biz bu gündən etibarən belə oynamalıyıq. Mən demirəm ki, bütün rəqibləri darmadağın etməliyik. Bu fikirdə “Mançester Yunayted”lə matçda etdiyimiz hərəkətləri nəzərdə tuturam. Sonuncu dəfə tabloda belə çılğın hesabın nə vaxt qeydə alındığını bilmirəm. Bu oyun mütləq tarixə düşəcək, uzun müddət yaddaşlardan silinməyəcək”.

“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində 42 xalla beşinci, “qırmızı şeytanlar” isə 49 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button