“Bu oyun “Mançester Siti” üçün sınaq idi” – Ferdinand
“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand “Mançester Siti”nin Çempionlar Liqasının 1/4 finalında “Atletiko” üzərindəki qələbəsini (1:0) şərh edib.
Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan sabiq müdafiəçi, “Atletiko” ilə matçın “Mançester Siti” üçün sınaq olduğunu deyib:
“Bu oyun “Mançester Siti” üçün sınaq idi. “Atletiko” ilə görüş bir sıra suallara cavab verdi. Belə bir komandanın müdafiəsini yarmaq, hər biri beş oyunçudan ibarət iki məcburi səddi keçmək mümkün olacaqdımı? “Mançester Siti”nin hücumları birinci hissədə nəticə vermədi. Bu, məyusedici idi. Amma “Mançester Siti” təslim olmadı”.
Ferdinand “Mançester Yunayted”lə 2008-ci ildə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin