“Bu oyun bizim üçün dərs olacaq” – Türkiyə millisinin baş məşqçisi

DÇ-2026-nın seçmə mərhələsində Türkiyə millisi dünən öz meydanında İspaniya yığmasına 0:6 hesabı ilə məğlub olub.

Komanda.az xəbər verir ki, bu ağır nəticə barədə komandanın baş məşqçisi Vinçentso Montella oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Çox məyusuq, amma ruhdan düşmək olmaz. Oyunun əvvəlində imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Daha sonra rəqib ard-arda iki qol vurdu və bu, inamımıza ciddi təsir etdi. Bu oyun bizim üçün dərs olacaq. Bu çətinliyi aşacağıq və daha güclü olacağıq”.

İki oyundan sonra Türkiyə yığması 3 xal toplayaraq, E qrupunun 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button