“Bu, ona atasından miras qalıb” – Qvardiolanın atası
Pep Qvardiolanın atası oğlunda əməksevərliyi necə tərbiyə etdiyindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Valenti Qvardiola oğlunun işləməyə öyrəşərək böyüdüyünü deyib:
“14 yaşım olanda 10 saat kərpic qoyur, 12 kilometr velosipedlə yol qət edirdim. Övladlarım, o cümlədən Pep də mənim kimi işləməyə, işləməyə və yenidən işləməyə öyrəşib böyüdülər. Bu, ona atasından miras qalıb.
İşiniz üçün günün 24 saatını yaşamalısız. Fərqi yoxdur, mənim kimi kərpicçisən, yoxsa Pep kimi məşqçisən. O, gecə-gündüz futbolla yaşayırdı, yalnız futbol. O, beş yaşından futbol haqqında danışmağa başladı. Hətta o vaxt topdan ayrılmırdı”.
Qvardiolanın baş məşqçisi olduğu “Mançester Siti” son mövsümdə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin