![](https://komanda.az/wp-content/uploads/2021/06/kroyyf-laporta.png)
“Bu, ölüm qrupudur” – “Barselona” rəsmisi
“Barselona”nın prezidentinin idman məsələləri üzrə müşaviri Jordi Kroyff Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.
Komanda.az xəbər verir ki, Kroyff, yer aldıqları qrupu ölüm qrupu adlandırıb:
“Çətin olacaq, güclü və böyük komandalar bir araya yığılıb. Bu, ölüm qrupudur. Biz həzz almalı və əziyyət çəkməliyik”.
“Barselona”nın Çempionlar Liqasının C qrupundakı rəqibləri “Bayern”, “İnter” və “Viktoriya” (Plzen) olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin