“Bu olsa, irəliləyəcəyimizə inanıram” – “Laçi”nin baş məşqçisi
UEFA Avropa Liqasının 1-ci təsniaft mərhələsi çərçivəsində “Keşlə”nin qonağı olacaq Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu müsahibə verib.
Komanda.az xəbər verir ki, “Panorama Sport”un suallarını cavablandıran mütəxəssis, oyunla bağlı fikirlərini bölüşüb:
- Azərbaycanda məşq necə keçdi?
- Məşq yaxşı keçdi, hər şey normal oldu. İki həftədən çoxdur hazırlaşırıq. Bu dəfə əsasən oynayacağımız stadiona uyğunlaşmağa çalışdıq.
- Azarkeşlər artıq Avropa Liqasına vəsiqəylə kifayətlənməyəcəklər, buna görə də, məqsəd növbəti mərhələyə çıxmaqdır. “Keşlə”ni keçə biləcəksiz?
- Komandadan sadəcə öz oyununu göstərməsini və mövsüm boyunca göstərdiyimiz xarakter, istək və həvəsi göstərməsini gözləyirəm. Bu olsa, irəliləyəcəyimizə inanıram.
- Ansi Aqolli illərlə Azərbaycanda oynayıb. Oyundan əvvəl ondan hansısa məlumat istədiz?
- Bu insana və nümunəvi futbolçuya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, bizi qürurlandıran bir albaniyalıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin